Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.
Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.
Azərbaycan Respublikası vətəndaşlığına bərpa və ya vətəndaşlığına xitam verilmə barədə Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət edirlər.
Azərbaycan Respublikası vətəndaşlığına qəbul barədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.
Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.

-
Müsahibəyə dəvət olunan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin SİYAHISI!
Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması...
-
Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov...
-
Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin diqqətinə!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr...
-
Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin diqqətinə!
Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzi Azərbaycan...
-
Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov...
-
Azərbaycan Respublikasında olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 oktyabr...
-
Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov...
-
Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən vətəndaşların videoqəbulu keçiriləcək
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov...
-
Dövlət Miqrasiya Xidmətində keçirilməsi planlaşdırılmış ictimai müzakirə qeyri-müəyyən müddətə təxirə salınır
Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi...
-
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində İctimai Müzakirənin keçirilməsinə dair ELAN
13 mart 2020-ci il tarixdə saat...
-
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan olunmuş müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin nəzərinə!
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla...
-
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar 2019-cu ilin noyabr ayının 18-dən dekabr ayının 16-dək Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə ELAN EDİR
Ali təhsilə malik olan Azərbaycan Respublikası...
-
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya Məktəbi - 2” layihəsinə başlayır və bununla əlaqədar müsabiqə ELAN EDİR
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya...