AZ EN RU
logo Aliyev
“Salnamə” studiyasının Milli Qəhrəman Şükür Həmidov haqqında hazırladığı “Aprel yüksəkliyi” qısametrajlı sənədli filmi

Milli Qəhrəman Şükür Həmidov doğulduğu Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şükür Həmidov 1975-ci ildə Qubadlı rayonunda anadan olub. Aprel ayında Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatında göstərdiyi igidliyə görə Şükür Həmidova Müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Prezident İlham Əliyevin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb. Qeyd edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Şükür Həmidovun doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirib. Allah rəhmət eləsin!

Regional miqrasiya idarələri
Elanlar